Ceyhun Bayramov “Ağrı divarı” abidəsini ziyarət edib

10 Baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyanın paytaxtı Zaqrebdə “Xorvat qurbanlarının səsi – Ağrı divarı” abidəsini ziyarət edərək önünə əklil qoyub.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” sosial şəbəkə hesabında məlumat yayıb.

“Nazir Xorvatiya uğrunda canlarından keçmiş insanların xatirəsini ehtiramla yad edib”, – məlumatda bildirilir.