Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Rusiya üstünüzə gələndə qapımızı döyməyin” – Dünyada rezonans doğuran AÇIQLAMA

39 Baxış

NATO-ya üzv olmaq üçün Türkiyənin təsdiqini gözləyən İsveç PKK terror təşkilatının təxribatçı aksiyalarına və İslam dininin müqəddəs dəyərlərinə hücuma icazə verməkdə davam edir.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, siyasi ekspert Eray Güçlüer Prezident Rəcəb Tayyib Ərdoğanın “Lazım gəlsə, Avropa Birliyi ilə yollarımızı ayıracağıq” açıqlamasını təhlil edib.

“Qarşıdurma Polşadan Finlandiyaya sıçrayanda heç kim qapımıza gəlib İsveçin götürülməsini istəməsin. Bunu açıq şəkildə deyirəm. Yəni bunun bir bədəli var, İsveç Avropanın təhlükəsizliyi deməkdir. İsveçi NATO-ya qəbul etməsəniz, sabah Rusiya qapınıza gələndə Türkiyəni şamla axtaracaqsınız.

Avropanın ikili standartları və ikiüzlülüyü bizə məlumdur. Avropa Birliyi bizim üçün qarşılıqlı qazanc olarsa, bir variantıdır. Bu yoxdursa, yollarımızı ayırırıq. Yollarımızı ayıranda da, dayanıb baxa bilərlər”, – analitik deyib.

Güçlüer bildirib ki, Avropa öz təhlükəsizliyinin qayğısına qalırsa, İsveçi mümkün qədər tez uyğunlaşdırmalıdır:

“Tezliklə xatırlatmalıdırlar ki, terroru dəstəkləmək, müqəddəs şeylərə hücum demokratiya və fikir azadlığı deyil, əks halda özləri bilərlər. Bundan sonra heç kim qapımıza gəlməsin. Ərdoğanın sözləri tarixi çağırışdır. Bu günə kimi heç kim bunu deməmişdi”.

Prezident Ərdoğan bundan əvvəl Türkiyədən uzaqlaşan AB ilə yolları ayıra biləcəklərini açıqlayıb. Eyni zamanda, terror təşkilatlarına sığınacaq verən İsveçə səslənən Türkiyə lideri onun NATO-ya üzvlüyünün Ankaradan asılı olduğunu xatırladıb.

Türkiyə liderinin mesajı Qərb mediasında da rezonans doğurub.(teleqraf.com)


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678