Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Braziliya Prezidenti işinə fasilə verəcək

28 Baxış

Braziliya Prezidenti Nuis İnasio Lula da Silva əməliyyat olunacağı üçün cümə günündən etibarən işinə fasilə verəcək.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu haqda “EFE” nəşri məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı bud sümüyündən əməliyyat olunacağı üçün ölkə paytaxtında xəstəxanaya gedəcək.

Oktyabrda 78 yaşı tamam olan Lula da Silvanın əməliyyatdan sonra beş gün xəstəxanada qalacağı bildirilir. Daha sonra əməliyyatdan sonra sağalmasını davam etdirmək üçün evə qayıdacaq. Bu prosesin ümumi müddətinin üç-dörd həftə çəkəcəyi qeyd edilir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678