Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə səfiri Qənirə Paşayevanın ailəsinə başsağlığı verdi

28 Baxış

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağıcı millət vəkilinin vəfat etdiyi xəstəxanaya gələrək onun ailəsinə başsağlığı verib.

Səfir bununla bağlı sosial media hesabında paylaşım edib:

“Azərbaycan Milli Məclisinin deputatı Qənirə xanım Paşayevanın vəfatını böyük kədər hissi ilə öyrəndik. Biz xəstəxanadayıq. Hörmətli atasına, ailəsinə və yaxınlarına ölkəmiz və millətimiz adından başsağlığı, səbr diləyirik. Qəbri nurla dolsun”, – deyə səfir bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678