Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Məktəblərimizdə pedoqoqlar tərəfindən bu uşaqlara qarşı bullinq var”

32 Baxış

“Azərbaycanda hər il 1000-dən çox uşaq ASP (Autizm Spektr Pozğunluğu) ilə dünyaya gəlir. Dünya ortalamasına görə, hər 36 uşaqdan biri ASP-lidir. Bunların 3/4 hissəsi oğlanlar, 1/4 hissəsi isə qızlardır”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu sözləri marketoloq Pərviz Əzimov qeyd edib. O, özəl və dövlət məktəblərinin heç birində ASP-li uşaqların inteqrasiyası üçün üçün proqram olmamasını deyərək kəskin iradını bildirib:

“Ümumiyyətlə, məktəbəqədər hazırlıq və ibtidai sinif pedoqoqlarının ASP haqqında məlumatı yoxdur. Hər 36 uşaqdan biri o deməkdir ki, ortalama hər 3 sinifdən birinə bir ASP-li uşaq düşür. Və bu rəqəm sürətlə artır.

Bizim təhsil sistemimizdə isə bununla bağlı bircə proqram belə yoxdur. Nəinki inteqrasiya proqramı yoxdur, əksinə, pedoqoqlar tərəfindən bu uşaqlara qarşı bullinq var”.

Fotoda Pərviz Əzimov

Marketoloq hesab edir ki, hər fürsət düşəndə 150-200 min müəllimə göndərilən SMS-in pulu ilə ildə bir neçə məktəbin müəllimini peşəkarlaşdırmaq olardı:

“Hər il yüzlərlə ASP-li uşaq təhsildən mərhum olur. Bunun axırı necə olacaq, kim inteqrasiya edəcək bunları cəmiyyətə?! Bir ASP-li uşağın adi bağça xərci aylıq 1500-2000 AZN arasıdır. Azərbaycanda neçə faiz ailənin aylıq bu məbləği ödəmək imkanı var?!

Peşəkar həkim-psixiatr, klinik psixoloqlara müraciət edirsən, deyirlər, uşaq məktəbə tam hazırdır, ora getməlidir ki, daha da inkişaf etsin. Gedirsən məktəbə, biabırçılıq. Uşağı inkişaf etmək əvəzinə, daha da geri salırlar və ya bir çox hallarda uşağı qəbul belə etmirlər”.

P.Əzimov bildirib ki, elm və təhsil naziri Emin Əmrullayevin sosial şəbəkə hesabından mesaj formasında ünvanladığı müraciətə və qurumun rəsmi saytında qəbul üçün onlayn müraciətinə cavab ala bilməyib.

Qeyd edək ki, mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb.

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678