Almaniya lideri Tanzaniyadakı cinayətlərə görə üzr istədi

9 Baxış

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer onun ölkəsi tərəfindən Tanzaniyada törədilən müstəmləkə cinayətlərinə, xüsusilə XX əsrin əvvəlində Maci-Maci qiyamı zamanı 300 min insanın qətlə yetirilməsinə görə üzr istəyib.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, Frank-Valter Ştaynmayer bu sözləri Maci-Maci qiyamı qurbanlarının nümayəndələri ilə görüşdə söyləyib.

“Mən almanların sizin əcdadlara qarşı etdiklərinə görə üzr istəyirəm. Burada baş verənlər bizim ümumi tariximizdir, sizin əcdadlarınızın tarixidir, bizim Almaniyadakı əcdadlarımızın tarixidir”, – o bildirib.

Qeyd edək ki, Maci-Maci üsyanı Almaniyanın yerli əhalini ixrac üçün pambıq yetişdirməyə məcbur etmək siyasətinə etiraz olaraq baş verib.