Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Patruşev də Nikolun Qarabağ bəyanatından “narazıdır”

32 Baxış

İndi də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ermənistanın Baş naziri Nikol Paşinyanı ona görə ittiham edir ki, niyə o Azərbaycanın ərazi bütövlüyünü tanıyıb?

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Nikolay Patruşevin Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını Qərbin təzyiqi ilə etdiyi barədə açıqlamasını şərh edərkən deyib.

“Patruşevin və bundan əvvəl Rusiya lideri Putinin sözlərindən belə çıxır ki, Paşinyan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımaqla səhvə yol verib. Kremldə oturanlar bununla açıq-aşkar deyirlər ki, gərək Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımayaydı, bu halda Azərbaycan Qarabağ üzərində suverenliyini bərpa etməyəcəkdi”, – politoloq bildirib.

Onun sözlərinə görə, Paşinyan Kremlin əmrini ona görə yerinə yetirmədi ki, əks halda Ermənistanın ərazisini itirəcəkdi:

“Paşinyan İkinci Qarabağ müharibəsindən sonra növbəti dəfə riskə getmədi və Qarabağdan imtina etmək məcburiyyətində qaldı. Kremldən olsaydı, Qarabağda separatizm və Azərbaycan torpaqlarının işğalı davam etməliydi”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678