Bakı ilə İrəvan arasında danışıqlar niyə dayandırılıb?

6 Baxış

Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində demarkasiya və delimitasiya komissiyalarının nümayəndələri sonuncu dəfə iyulun 12-də görüşüblər.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Qriqoryan görüşlərin niyə dayandırıldığı barədə sualı da cavablandırıb.

“Son iclasda qərara alındı ​​ki, prosessual məsələlər müzakirə olunur. Hesab edirəm ki, ilk növbədə əməkdaşlığın formatı və forması razılaşdırılmalı, tənzimlənməlidir, sonra görüşlər olacaq”.

Sülh müqaviləsinin ilin sonuna qədər bağlanıb-bağlanmayacağı ilə bağlı da sualı cavablandıran baş nazirin müavini dəqiq tarix deyə bilməyəcəyini söyləyib.