Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Bunu sübut etməyən şərəfsiz oğlu şərəfsizdir”

28 Baxış

“Bunu sübut edə bilməyən şərəfsiz oğlu şərəfsizdir. Hətta sübut olunarsa, siyasətdən tamamilə getməyə hazıram”.

Turanmedia.az-ın məlumatına görə, TNS “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin İYİ Partiya sədri Meral Akşener ailəsi ilə bağlı iddialara cavab verərkən deyib.

O bildirib ki, haqqında səsləndirilən heç bir ittihamın əsası yoxdur:

“Buradan verilən suallara sonuncu dəfə cavab verirəm. Oğlum, gəlinim, qardaşım oğlanları, həyat yoldaşım, uşaqlıq dostlarım, yəni heç bir qohumumun ölkənin heç bir bələdiyyəsi ilə əlaqəsi yoxdur. Nə AK Partiya bələdiyyəsi ilə, nə CHP bələdiyyələri ilə, nə də başqaları ilə. Deyilən ittihamlar sübut olunarsa, ümumiyyətlə, siyasətdən gedəcəm”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678