Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Onun toxunduğu hər şey brilyanta çevrilir – Putin

26 Baxış

Rusiya Prezidenti Vladimir Putin rus mədəniyyətinə verdiyi diqqətə görə məşhur serb rejissoru Emir Kusturitsaya təşəkkür edib.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, Putin bunu Sankt-Peterburqdakı Beynəlxalq Mədəniyyət Forumunda çıxışında deyib.

“Rus mədəniyyətinə müraciət etdiyiniz üçün çox sağ olun. Bununla bağlı planlarınız çox gözəldir. Əminəm ki, çox maraqlı olacaq. Gəlin hamımız nəticələri gözləyək, çünki Kusturitsanın toxunduğu hər şey brilyanta çevrilir”, – Putin bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678