Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı yardım etdiyi ABŞ-dan belə “təşəkkür” aldı – VK

26 Baxış

Bakının Vaşinqtondan sülh və təhlükəsizlik istəyi ilə bağlı gələn bəyanatların qeyri-səmimi olduğundan şübhələnməyə bütün əsasları var. Azərbaycan bir vaxtlar Əfqanıstanda Amerikaya kömək etmək üçün çox işlər görüb, ölkənin o vaxtkı rəhbərliyini dəstəkləyib və səmasını koalisiya təyyarələrinin uçuşu üçün açıb. Maraqlıdır ki, üç il əvvəl Əfqanıstan 44 günlük müharibə zamanı Azərbaycana dəstəyini ifadə edərək, erməni işğalına son qoyulmasını tələb edib. Amma Bakı heç vaxt ABŞ-dan heç bir təşəkkür almadı.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Vestnik Kavkaza”nın məqaləsində deyilir.

“Üstəlik, ABŞ Nümayəndələr Palatasının komitəsindəki çıxışında Ceyms Obrayen 30 il ərzində Vaşinqtonun Azərbaycan hökumətinə hər hansı birbaşa yardımını qadağan edən “Azadlığa dəstək aktının” bir hissəsi kimi 907-ci Düzəlişə qayıtmağın zəruriliyini bəyan edib. Düzəliş 2001-ci ildə dayandırılmışdı və indi Vaşinqton onu yenidən istifadə etməklə hədələyir. Söz yox ki, bu uğursuz düzəlişin dayandırılması və sonradan mümkün yenidən işə salınması siyasi motivlidir. 1990-cı illərdə bu düzəliş ABŞ-dakı erməni diasporunun təkidi ilə, guya “Ermənistanın suveren ərazisinin Azərbaycan tərəfindən işğalı” ilə bağlı qəbul edilib. Absurd odur ki, hər şey əksinə idi: Azərbaycan ərazisinin 20%-ni işğal altında saxlayan Ermənistan idi. İndi Azərbaycan Ordusu öz ərazilərini azad etdikdən sonra 907-ci düzəliş yenidən qüvvəyə minir. Düzdür, indi başqa səbəbə görə: Azərbaycan Ermənistanın Baş naziri Paşinyanın etməyə çalışdığı kimi, Vaşinqtonun Rusiya ilə münasibətləri dayandırmaq üçün təcili tövsiyələrinə məhəl qoymayaraq müstəqil siyasət yürüdür. Amma Azərbaycan rəhbərliyi bütün ölkələrlə öz milli maraqlarından çıxış edərək balanslaşdırılmış münasibətlər qurur. Belə ki, Azərbaycanın enerji resursları Avropa bazarına çıxırsa, tərəvəz və meyvələr Rusiya bazarına çıxır, mədəniyyət sahəsində əlaqələr möhkəmlənir. Bütün bunlar Azərbaycanın, Avropanın, Rusiyanın obyektiv ehtiyaclarının maraqlarına uyğundur. Bakı da bütün bu müstəqillik illərində ABŞ-la münasibətləri qarşılıqlı hörmət və anlaşma əsasında qurub və liderlər danışıqlar masası arxasında aktual məsələləri həll etməyə nail olublar. İndi də belə olacağına inanmaq istəyirik”, – məqalədə deyilir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678