Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Abramyanın 8 kəndimizlə bağlı həyasız iddiası

28 Baxış

Paşinyan 8 məşhur kəndin qaytarılmasından danışanda çoxları bunun hansı təhlükələr yaratdığını dərk etmir.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Qazaxın 7, Naxçıvanın 1 kəndinin geri qaytarılması haqda qeyd edib.

O bildirib ki, kəndlərin qaytarılmasının “heç bir rasional mülahizəyə sığmaması” ilə yanaşı (? – red.), başqa mühüm nüanslar da var:

“Birincisi, Azərbaycanın tələbləri qarşılıqlı razılaşmaları deyil, Ermənistana birtərəfli güzəştləri nəzərdə tutur.

İkincisi, Azərbaycanın nəzarətində olan ərazilər (təkcə Başkənd yox) var, lakin Azərbaycan onları təslim və mübadilə üçün hazırlamır.

Üçüncüsü, Azərbaycanın məqsədi “8 erməni kəndi”nə (? – red.) nəzarət etmək deyil, Ermənistanın strateji kommunikasiyalarına nəzarət etmək və ölkəmizin həyat qabiliyyətini sıradan çıxarmaqdır.

Çətir altında fəaliyyət göstərən hakimiyyət “Sülh naminə” şüarı ilə bu ərazilərin təslim edilməsini təbliğ edərkən, Azərbaycan yeni ərazi və regional iddialar irəli sürür”.

Qeyd edək ki, Azərbaycanın Ermənistanda olan 8 eksklavı bu ölkənin Gürcüstan və İrana gedən yollarının, eyni zamanda dəmiryol xəttinin üzərində yerləşdiyindən, olduqca mühüm strateji əhəmiyyət kəsb edir. Ermənistan isə hələ də işğal siyasətini davam etdirərək, anklavların qaytarılmasını təxirə salır.

Abramyanın 8 kəndi “erməni kəndi” adlandırması, geri qaytarılmasını “heç bir rasional məntiqə sığmaması” sayması isə təkcə heç bir hüquqa sığmayan, işğalçı düşüncəyə əsaslanan və dünyaya meydan oxuyan həyasızlıqdır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678