Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hakan Fidan çinli həmkarı ilə görüşdü

27 Baxış

İsrail-Fələstin məsələsi ilə bağlı yaradılan təmas qrupu Nyu Yorkda səfərdədir. Təmas qrupuna Türkiyənin xarici işlər naziri Hakan Fidan da daxildir.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Məlumata əsasən, səfər çərçivəsində qrup üzvlərinin Çinin xarici işlər naziri Vanq Yi və BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşü olub.

Görüş zamanı İsraillə Fələstin arasında baş verən son hadisələr və problemin həlli istiqamətində atılacaq addımlar nəzərdən keçirilib.

Qeyd edək ki, noyabrın 11-də yaradılan təmas qrupuna Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İndoneziya, Qətər, İordaniya, Fələstin nümayəndələri ilə yanaşı, Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt də daxildir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678