Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Moskvadan İrəvana NATO şərti: Bu, iyrəncdir

29 Baxış

“Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması perspektivini birlikdə nəzərdən keçirmək düzgün deyil. Nəzəri olaraq Ermənistan KTMT-dən çıxa bilər, ancaq rəsmi bir halda mümkündür”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin “Qovorit Москва”ya açıqlamasında deyib.

“Ermənistan KTMT-dən rəsmi çıxması o halda mümkün ola bilər ki, ertəsi gün İrəvan və yaxud geosiyasi güc mərkəzləri tərəfindən Ermənistanın NATO-ya üzv olmayacağına dair dəqiq təminatlar verərlərsə… Eyni zamanda Ermənistanın heç bir bloka daxil olmayan neytral ölkə olacağı və bu statusda onun mövcudluğu təhlükə altına alınmayacağı təqdirdə KTMT-dən çıxa bilər”, -Zatulin qeyd edib.

Aİİ-nin üzvlüyündən çıxmağa gəldikdə isə Zatulin qeyd edib ki, bu Ermənistanın özü üçün sərfəli deyil.

Zatulin əlavə edib ki, İrəvan Rusiyanın dəstəyini almaq istəyirsə, o zaman yürtüdüyü siyasəti təftiş etməlidir: “Başa düşmək lazımdır ki, milli vətənpərvərlik xətti imperiya hissləri olan fövqəlgüclər üçün iyrəncdir”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678