Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan: BMT Təhlükəsizlik Şurasına ümidimizi və gözləntimizi itirmişik

29 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacib olduğunu deyib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı İstanbulda Ümumdünya İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə deyib.

“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzza zolağında atəşkəs tələbi yalnız ABŞ-ın vetosu ilə rədd edilir. Bu ədalətdirmi?”, – Ərdoğan deyib.

“Biz BMT Təhlükəsizlik Şurasından ümidimizi və gözləntimizi itirmişik. Missiyası qlobal sülhü bərqərar etmək olan BMT Təhlükəsizlik Şurası oktyabrın 7-dən bəri İsrailin himayədarına çevrilib. BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır”, o əlavə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678