Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dövlət başçısı İsveçrənin yeni seçilmiş Prezidentini təbrik edib

23 Baxış

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Viola Amherdə təbrik məktubu ünvanlayıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Hörmətli xanım Amherd,

İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Biz Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında təşəkkül tapmış əlaqələrə böyük əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin ötən dövr ərzində yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur.

İnanıram ki, xalqlarımızın rifahı naminə dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu xoş fürsətdən istifadə edərək qarşıdan gələn Yeni, 2024-cü il münasibətilə də Sizə və dost xalqınıza ən səmimi təbriklərimi yetirir, İsveçrə Konfederasiyasına daim firavanlıq və rifah arzulayıram”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678