Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Erməni ekspertdən ETİRAF: “Müharibə zamanı Minsk qrupunun həmsədrləri Azərbaycana qarşı vahid cəbhə kimi birləşmişdi”

92 Baxış

“Müharibə zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana qarşı vahid cəbhə kimi çıxış ediblər”.

Turanmedi.az-ın məlumatına görə, Konkret.az erməni mediasına istinadla xəbər verir ki, bunu İranşünas Vardan Voskanyan öz Telegram kanalında yazıb. O, 44 günlük Vətən müharibəsi zamanı ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətinin Azərbaycana qarşı birləşərək çıxış etdiyini bildirib.

“Bu gün “barbar Bakı rejiminin işğal etdiyi” Şuşada prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, 44 günlük müharibə zamanı Xankəndini ala bilərdilər, amma mənəvi səbəblərdən dayanıblar, şəhər əhalisi arasında itkilərin olmasını istəməyiblər.

Heydər Əliyevin keçmiş köməkçisi, Prezident Administrasiyasının rəhbəri Eldar Namazov hələ 2021-ci il yanvarın ortalarında müharibə günlərində beynəlxalq diplomatik kulisdə baş verən diqqətəlayiq proseslərlə bağlı maraqlı məlumatlar vermişdi.

Əslində dilemma fərqli idi, çünki Azərbaycan ordusunun irəliləməsi ilə yanaşı, hər şeyi itirmək baxımından son dərəcə ciddi risklər də artırdı. Çünki ATƏT-in Minsk Qrupunun üç həmsədr dövləti – Rusiya, ABŞ və Fransa Azərbaycana qarşı vahid cəbhə kimi hərəkətə keçdi.

Qarabağın müstəqilliyinin tanınması, Azərbaycana qarşı sərt mövqelərin tətbiq oluna biləcəyi və ya Azərbaycanın 27 sentyabr mövqelərinə qayıtması tələbi irəli sürüləcəyi ilə bağlı diplomatik kanallarla Bakıya hədələr ötürülürdü.

Orta və ya kompromis variant da var idi – Azərbaycanın keçmiş DQMV ərazilərindən çıxarılması tələbi.

Məhz belə risklər şəraitində Bakı Şuşada dayanıb Moskvaya sülhməramlılar gətirməyi təklif etməli oldu”, – deyə Voskanyan sərsəmləyib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678