Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

32 ildən sonra Bakı bu məsələni möhürlədi! – Rus mediası

30 Baxış

Bu il 32 ildən bir qədər çox mövcud olmuş “dqr”in “tarixi” başa çatdı. “İkinci erməni dövləti”nin taleyi 2020-ci ildə İkinci Qarabağ müharibəsinin nəticələrinə görə möhürləndi. Ancaq problemi tamamilə həll etmək üçün daha bir neçə il lazım oldu. 2022-ci ilin dekabrında Qarabağ “blokadaya” alındı, 2023-cü ilin sentyabrında isə Azərbaycan silahlı qüvvələri antiterror əməliyyatına başlatdı. Şiddətli döyüşlər təxminən bir gün davam etdi. İrəvandan heç bir kömək görməyən, “aclıqdan, yanacaq və dərmansızlıqdan” əziyyət çəkən “dqr” təslim olmaq qərarına gəldi.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin yaydığı məqalədə bildirilib.

Qeyd olunub ki, bu hadisələrə paralel olaraq, Qarabağ ermənilərinin Qarabağdan köçü başladı:

“Ermənilər köçün səbəbi kimi qorxduqlarını desələr də, Azərbaycan hakimiyyəti heç kimin təhlükədə olmadığını vurğuladı. Bakı Qarabağda onlarla erməninin qaldığını iddia edir. Azərbaycanda yaşamaq üçün onlar Azərbaycan vətəndaşlığını qəbul etməli və respublikanın bütün qanunlarına əməl etməli olacaqlar.

Eyni zamanda, İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması mövzusunda söhbətlər intensivləşib. Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, qondarma qurumun ləğvi ilə sülhə ən son maneə aradan qalxıb. Bu arada Ermənistanın Baş naziri Nikol Paşinyan 2016-cı ilin avqustunda dördgünlük müharibədən sonra aparılan danışıqlardan sonra “dqr”in ləğvi prosesinin qaçılmaz olduğunu bildirib. O vurğulayıb ki, əvvəllər hakimiyyət bu barədə danışmamağa çalışırdı. Çünki o zaman xalqa 30 il ərzində həlli mümkün olmayan bir problemə vəsait yatırdıqlarını söyləməli olacaqdılar.

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan rəhbərləri Əliyev və Paşinyanın Cənubi Qafqazda sülhün əldə edilməsi üçün tarixi fürsət haqqında birgə bəyanatını alqışlayıb. Eyni zamanda, Bakı və İrəvan bunu bir-birinin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında həyata keçirəcəklərinə söz veriblər. İki ölkə rəhbərləri bəyanatda qeyd ediblər ki, xoşməramlılıq əlaməti olaraq Azərbaycan 32 erməni hərbçisini, Ermənistan isə iki azərbaycanlı hərbçini azad edir. Mübadilə baş tutub. Ölkə liderlərinin mətbuat xidməti bildirib ki, Əliyev və Paşinyan çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi fürsətin ortaya çıxması ilə bağlı fikirləri bölüşür”. ​

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678