Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədən İsrailin qondarma erməni soyqırımı iddialarına CAVAB

19 Baxış

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli İsrailin xarici işlər naziri İsrael Katzın qondarma erməni soyqırımı iddialarına cavab verib.

Turanmedia.az-ın məlumatına görə, TNS TRT Haber-ə istinadən xəbər verir ki, o, bu barədə “X” sosial media hesabında paylaşım edib.

“Qəzzada baş verən fəlakətin əsl səbəbi insan haqları və beynəlxalq hüquqa məhəl qoymayan İsrail zehniyyətidir. İsrailin hərbi cinayətlərinin soyqırım səviyyəsinə çatması xəbərləri bizi narahat edir”,- Ö. Keçəli bildirib.

XİN sözçüsü qeyd edib ki, İsrail hökuməti üzvlərinin törətdikləri cinayətlərdən diqqəti yayındırmaq səyləri nəticə verməyəcək.

Xatırladaq ki, İ. Katz bir müddət əvvəl Türkiyə Prezidentini “keçmişində erməni soyqırımı olan bir ölkənin prezidenti” adlandırıb və “Türkiyə erməni xalqını məhv etdi” deyib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678