Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

145 milyon manat həcmində biznes kreditinin ayrılması barədə qərar qəbul edilib

171 Baxış

Elektron Kredit Platforması sahibkarların kreditlərə çıxış imkanlarını genişləndirir.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, biznesin dövlət zəmanətli krediti asan və şəffaf formada əldə etməsi üçün Nazirlik tərəfindən yaradılan Elektron Kredit Platforması sahibkarların kredit sifarişləri üçün əlverişli vasitəyə çevrilib.

İndiyədək Elektron Kredit Platforması üzərindən 907 milyon manat həcmində yeni biznes kreditinin sifarişi üzrə 3 200-dən çox müraciət daxil olub. Artıq 471 müraciət üzrə ümumi həcmi 145 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib.

Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə nəticələr barədə sahibkarlara elektron platforma vasitəsilə məlumat verilir.

Qeyd edilib ki, kredit-zəmanət mexanizminin tətbiqi pandemiyadan zərər çəkmiş sahələrdə iqtisadi fəallığın və məşğulluğun qorunub saxlanması, likvidliyin dəstəklənməsi baxımından xüsusilə əhəmiyyətlidir. Yeni biznes kreditlərinin Elektron Kredit Platforması vasitəsilə verilməsi isə sahibkarlara biznes kreditləri üçün onlayn rejimdə müraciət, müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində müraciətlərə eyni vaxtda baxılması və statusunun real vaxt rejimində izlənməsi, həmçinin üç kredit təşkilatına eyni vaxtda müraciət imkanının yaradılması və s. kimi üstünlüklər yaradır. Beləliklə, sahibkarların kreditlərə çıxış imkanları genişlənir, sərf olunan vaxta və xərclərə qənaət olunur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678