Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

2020-ci ilin FMCG şirkəti – FOTO/VİDEO

266 Baxış

Ölkədə və ölkə hüdudlarından kənarda biznes fəaliyyəti ilə (yerli istehsal, idxal və ixrac) önəmli paya sahib olan “Delta Qrup C.O” MMC  “Caspian Business Award 2020” tədbirində 1500 şirkət və təşkilat rəhbərinin iştirak etdiyi sorğunun nəticəsi olaraq ilin FMCG şirkəti adına layiq görüldü. 

Mükafatın təqdim edilmə mərasimində iştirak edən “Delta Qrup C.O.” MMC – nin direktoru İlkin Şabanov tədbir təşkilatçılarına və iştirakçılarına təşəkkür edərək, rəhbərlik etdiyi müəssisənin fəaliyyətlərindən, bu fəaliyyətlərin nəticəsi kimi əldə olunan uğurlardan söz açıb.

Hər il keçirilən bu tədbir sıralarında dünyanın 50 ölkəsindən beş mindən artıq şirkət və təşkilatı birləşdirən, Xəzər-Qara dəniz və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən, dinamik inkişaf edən nəhəng regional təşkilat olan “Caspian Energy Club” tərəfindən təşkil edilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678