Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İranla Hindistan sənəd imzaladı: Bakının əhəmiyyəti…

25 Baxış

İran ilə Hindistan arasında “İranın Çabahar limanının inkişafı üçün əməkdaşlıq haqqında” sənəd imzalanıb.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, sənəd Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarın İrana səfəri çərçivəsində imzalanıb.

İran tərəfindən sənədi yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş imzalayıb. Sənədə əsasən tərəflərin iştirakı ilə işçi qrupu yaradılacaq. İşçi qrupu Çabahar limanının tranzit, yükaşırma imkanının artırılmasına və texniki təchizat məsələlərinə baxacaq.

İranlı nazir bildirib ki, Çabahar limanının inkişafı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin də tranzit imkanlarını artıracaq.

Qeyd edək ki, Çabahar limanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında böyük rol oynayır. Hindistanın Mumbay limanından yüklər İranın Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropa ölkələrinə daşınacaq. İran və Azərbaycan beynəlxalq layihədə tranzit ölkə kimi çıxış edirlər.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678