Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya mətbuatı Dağlıq Qarabağ barədə həqiqətləri etiraf etdi – VİDEO

128 Baxış

Rusiyanın “Rossiya 1” telekanalı Dağlıq Qarabağ barədə həqiqətləri etiraf edib.

Bu barədə “Haber Global” məlumat verib.

Bildirilir ki, 1994-cü ildə ermənilərin idarəçiliyinə keçən Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon bu günə qədər Beynəlxalq hüquqa görə Azərbaycan torpaqları olaraq qalıb:

“Qondarma Dağlıq Qarabağ Respublikası heç kim tərəfindən tanınmadı. Hətta Ermənistan tərəfindən də. Məsələyə yenidən baxmaq üçün heç bir səbəb yoxdur.

Vladimir Putin İlham Əliyevlə telefon danışığında Azərbaycanın nəzarətinə keçən bölgələrdə xristian məbədlərinə diqqət çəkib. Bu məbədlərin qorunması və normal dini fəaliyyətə davam etməsini xüsusi vurğulayıb. İlham Əliyev də öz növbəsində, Azərbaycanın məhz bu cür davranacağını bildirib”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678