Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qələbəni bizə yaşadanlara və qələbəmizə sevinənlərə eşq olsun! – VİDEO

145 Baxış

Milli Məclisin deputatı Ülvi Quliyev özünün “Facebook” səhifəsində Qarabağın işğaldan azad olunması ilə bağlı videopaylaşım edib.

Paylaşımda bildirilir:

“Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Xalqı və qurub-yaratdığı Müzəffər Azərbaycan Ordusu bütün dünyaya sübut etdi ki, Milli Qürurumuzu qorumağa və torpaqlarımızı hərbi yolla işğaldan azad etməyə qadirdir!

Ali Baş Komandanımız dediyini həyata keçirərək sübut etdi ki, Qarabağ Azərbaycandır və bunun tarixi nida işarəsini qoydu!

Allah Şəhidlərimizə rəhmət etsin, yaralı həmvətənlərimizə şəfa versin!

Uca Tanrı Prezidentimizə,Xalqımıza və Müzəffər Ordumuza bundan sonra da yar olsun, Azərbaycanı sevənləri və ona xidmət edənləri qorusun! Bu tarixi qələbəni bizə yaşadanlara və qələbəmizə sevinənlərə eşq olsun!”


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678