Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan Azərbaycanın tarixi zəfəri barədə: “Minsk Qrupu nəticə göstərmədi, biz bunu izlədik” – VİDEO

130 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlama verib.

Bu barədə Türkiyə Prezident Adminstrasiyasının “Twitter” hesabında bildirilir.

Türkiyə lideri Azərbaycanda keçirilən Zəfər paradından, iki qardaş ölkə arasındakı münasibətlərdən bəhs edib.

“Azərbaycan bizim üçün qardaş ölkədir. Ermənistan 30 il müdətində Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Azərbaycanlı qardaşlarımız bu müddətdə çox səbr etdilər, işğal nöqtəsində Minsk Qrupu (ATƏT), təəssüf ki, gözlənilən nəticə göstərmədi, ədalətli nəticə əldə edilmədi, biz bu müddəti izlədik.

Amma dünən Azərbaycanda qardaşlarımızın həyəcanı, coşqusu, doğrudan da, çox fərqli idi. Azərbaycan lideri İlham Əliyev qardaşım, dəyərli həyat yoldaşı, mən və həyat yoldaşım, bütün heyətimiz orada, həqiqətən, Azərbaycan və Türkiyənin bir yerdə olmasının ən gözəl nümunələrini göstərdik.

Bundan sonra da, birlikdə atacağımız addımları bağladığımız müqavilələrlə də təsdiqlədik.

Bu mərhələni qərarlı şəkildə davam etdirəcəyik”.

Cumhurbaşkanı Erdoğan, cuma namazı sonrası gazetecilere açıklama yapıyor https://t.co/jcC521hwGG

— T.C. Cumhurbaşkanlığı (@tcbestepe) December 11, 2020


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678