Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Komitə sədri: “Koronavirus testləri ilə bağlı monopoliyanı aradan qaldırmaq lazımdır”

127 Baxış

“Hazırda dövlətin 46 klinikası koronavirusla mübarizə çərçivəsində səfərbər olunub. Həmçinin 15 mindən çox yataq yeri hazırda doludur”.

“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, özəl tibb müəssisələri də koronavirusla mübarizəyə cəlb olunmalııdr: “Test sahəsində monopoliyanı tam aradan qaldırmaq lazımdır. Hər bir sahibkara imkan vermək lazımdır ki, ölkəyə testlər gətirsin. Evdə müalicə üçün dərman vasitələrinin çeşidinin artrılması, qiymətlərin tənzimlənməsi vacibdir”.

Komitə sədri həmçinin qeyd edib ki, 190 manat veriləcək şəxslərin də siyahısına yenidən baxılmalıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678