Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İspaniya mediasında Xankəndinin tarixinə dair məqalə dərc olundu

129 Baxış

İspaniyanın “www.tuvozenpinares.com” xəbər portalında “Xankəndi necə Stepanakert oldu?” başlıqlı məqalə dərc olunub. Məqalə İspaniya Azərbaycanlıları Birliyinin sədri Vahid İmanov və Valensiyadakı Azərbaycanlılar Birliyinin sədri Mübariz İbrahimovun fikirləri əsasında hazırlanıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. 

Bildirilib ki, müəlliflər Xankəndinin tarixi haqqında məlumat verib, Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən çoxlu sayda erməni ailəsinin Qarabağda yerləşdirildiyini, amma Xankəndi adının yalnız sovetlər dönəmində Stepanakert olaraq dəyişdirildiyini vurğulayıblar. 

Qeyd edilib ki, bu addımı 1923-cü ildə Moskva tərəfindən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilən Sergey Kirov atıb:

“Bu şəhər 20 mindən çox azərbaycanlının qətlinə şəxsən rəhbərlik etmiş, Bakıda sovet kommunist diktaturasını yaratmış Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılıb”.

Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın bu bölgəsində yaşayan azərbaycanlıların etnik təmizləmələrə və soyqırıma məquz qaldıqları, daha sonra bölgə ətrafında olan 7 rayonun – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın Ermənistan tərəfindən işğal edildiyi barədə ətraflı məlumat verilib. 

Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması və işğalçı Ermənistan ordusunun bu ərazilərdən çıxarılması ilə bağlı diplomatik danışıqların nəticə vermədiyi, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icra olunmadığı bir dönəmdə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə Ermənistan silahlı qüvvələrinin 12 iyul 2020-ci il tarixində Dağlıq Qarabağ bölgəsindən uzaqda yerləşən Tovuz rayonu istiqamətində hərbi təxribat törətdiyi bildirilib.

İşğalçı Ermənistan ordusunun 27 sentyabr 2020-ci ildə isə bütün cəbhəboyu genişmiqyaslı hücuma keçməsi 44 günlük müharibənin başlamasına gətirib çıxarıb. 

Müharibə zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun torpaqlarımızı işğalçılardan azad etdiyi və parlaq Qələbə qazandığı  bildirilib:

“10 noyabr tariximizə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu şərəfli Zəfər Günü kimi yazıldı! Qarabağ Azərbaycandır!”.

Məqaləni daha ətraflı buradan oxuya bilərsiz.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678