Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mehriban Əliyevadan Şuşa səfəri ilə bağlı növbəti paylaşım – VİDEO

150 Baxış

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşaya səfər ediblər. 

Mehriban Əliyeva “Instagram” hesabında bununla bağlı növbəti videonu paylaşıb. 

Videoda dövlət başçısı Şuşaya aparan yol ilə bağlı danışıb:

“Gün də çıxdı, günəş də bizi salamlayır, yolumuzu işıqlandırır. Biz gedirik Şuşaya, azad edilmiş Şuşaya. Yol tikintisi də aparılır. Əminəm ki, bu, gözəl bir yol olacaq. Ölkəmizin ən gözəl yollarından biri olacaq. Təbii ki, ən yüksək keyfiyyətlə tikiləcək mənzərəli və tarixi yoldur, qələbəyə aparan yoldur. Səma da açıqdı, günəş yolumuzu işıqlandırır”. 

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678