Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Samirə Əfəndinin klipi erməni rəqqası sülh çağırışına sövq etdi – VİDEO

138 Baxış

“Eurovision Hub” “YouTube” platformasında Samirə Əfəndinin “Avroviziya-2021” mahnı yarışmasında ifa edəcəyi “Mata Hari” kompozisiyası müzakirə edilib.

Ermənistandan olan rəqqas Miko sülh çağırışı ilə müzakirələrə qatılıb.

O deyib ki, hər iki tərəf üçün çətin olsa da, dəyişiklik hər birimizdən başlayır:

“Siyasət və müharibəni unutmaq həqiqətən çətindir, çünki hər iki ölkə çətin anlarla qarşılaşır. Xaricdə yaşadığım üçün mənə daha rahat ola bilər, amma dəyişiklik bizdən başlayır! Hər birimizdən!

Ümid edək ki, yeni nəsillər daha açıq fikirli, xeyirxah olacaqlar və işləri müharibəsiz həll etmək üçün yollar tapacaqlar”.

Miko deyib ki, gələcəkdə bəzi irəliləyişləri görə biləcəyinə ümid edir. Çox təəssüf ki, hər iki ölkənin və insanlarının bir-biriləri üçün edə biləcəkləri çox şey var və əziyyət çəkənlər sadə insanlardır və heç kim buna layiq deyil.

“Gəlin hər iki ölkənin insanlarının yuxudan oyanıb həyatın qısa olduğunu və nifrətin heç bir faydası olmadığını başa düşənə qədər “Mata Hari”ni dinləyək!”

O Azərbaycanın, Türkiyənin və Ermənistanın sülh içində yaşayacağı günün gələcəyinə ümid etdiyini bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678