Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daha beş siyasi partiya ofis sahəsi ilə təmin olundu – FOTO

139 Baxış

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi-iqtisadi islahatlar nəticəsində partiyalarla sağlam dialoq mühiti, siyasi plüralizm ənənələri  formalaşır. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti iqtidar-müxalifət dialoqunun fəal iştirakçılarıdır.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 19-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha 5 siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis sahəsi təqdim edilib.

Müstəqil Xalq Partiyası, Azərbaycan Azad Demokratlar Partiyası, Aydınlar Partiyası, Vəhdət Partiyası və Gələcək Azərbaycan Partiyasıın nümayəndələri fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678