Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baş katibin köməkçisi Ermənistanın vandallığından danışdı

126 Baxış

“Münaqişə başa çatsa da, davamlı sülhün yaradılması və bərpa prosesi kifayət qədər vaxt aparan məsələdir. Münaqişədən zərərçəkən çolxu sayda insan var.”

“Report” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyətinin keçirdiyi mətbuat konfransında təşkilatın Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo deyib.

“Biz istəyirik ki, onların həyatları bundan sonra öz axarına qayıtsın. Bərpa prosesləri öz-özlüyündə kifayət qədər çətin prosesdir. İƏT-in üzvləri bərpa prosesində Azərbaycan xalqına və dövlətinə öz dəstəyini davam etdirəcək. Biz üzvləri bu məsələdə öz dəstəyini nümayiş etdirməyə çağırırıq”, – deyə o bildirib.

O, təşkilatın Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar 2016-cı ildə təmas qrupu yaratdığını da xatırladıb.

“Həmin dövrdən bu günədək biz ilk dəfə azad olunmuş ərazilərə səfər etmək imkanı qazandıq. Öz gözlərimizlə həmin ərazilərdə törədilən vandallıqları gördük. Bütün kəndlərin yer üzündən silinməsi hallarının şahidi olduq. Bu, çox məyusedici və kədərli mənzərədir”.

O bildirib ki, məscidlərdə donuzların, inəklərin saxlanılmasının izlərini görüblər:

“Məzarlıqların dağıdılmasının şahidi olduq. Bu, onu göstərir ki, işğalçılar təkcə canlılara deyil, həm də ölülərə qarşı vandallıq edib”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678