Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İlham Əliyev: “Qarabağ iqtisadiyyatımızda mühüm yer tutacaq”

116 Baxış

Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Üç hava limanı, dəmir yollarının əlaqələndirilməsi ilə bağlı artıq işlərə başlanılıb. Zəngilanın coğrafi mövqeyini nəzərə alsaq, mühüm daşınma və logistik mərkəz rolunu oynaya bilər. Qeyri-enerji sektoruna daha çox investorları cəlb etmək və biznes imkanları var.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışında söyləyib.

Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin yüksəldiyini diqqətə çatdıran dövlət başçısı deyib:

“Biz 28-ci yerdəyik. Beləliklə, biznes iqlimi inkişaf edir. Bizim ideyaları yaradan, gələcəyə ümid olan təhsilli insanlarımız və gənc nəslimiz var. Müharibə zamanı dediyim kimi, mən hakimiyyətə gələrkən müharibənin ən böyük yükü uşaqların çiyinlərində idi.

Beləliklə, bizim iqtisadiyyatımızı əlavə ehtiyyatlarla qidalandıracaq əsas neft və qaz boru kəmərlərini başa çatdırmağa kömək edə bildik. Biz xarici yardımdan asılı deyilik. Bizim xarici borcumuz ÜDM-in təqribən 18 faizi qədərdir. Qarşıya dünyada ən yaxşı nəticələrdən birini – xarici borcu ÜDM-in 10 faizinədək azaltmağı hədəf qoymuşam. Bizim yoxsulluq ilə bağlı çox aşağı göstəricilərimiz var. Təqribən 5 faizdir. Mən bu vəzifəyə gələrkən 49 faiz idi. Beləliklə, biz strateji baxışla bağlı bütün planlarımızı həyata keçirə biləcəyik”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678