Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Səhiyyə naziri əvəzi kimdir? – DOSYE

127 Baxış

Aprelin 23-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə nazirinin birinci müavini təyin olunub.

İlham Əliyevin digər sərəncamı ilə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də T.Musayevə həvalə edilib.

T.Musayev 1987-94-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb.

O, 2003-2004-cü illərdə Strasburq Universitetində Laparoskopik cərrahiyyə ixtisası üzrə, 2013-15-ci illərdə isə RISEBA və Riga Stradins Universitetində təhsilini magistr səviyyəsində davam etdirib.

O, N.Tusi adına Klinikada direktor, Qəbələdə yerləşən Chenot Palace Health Wellness Hotelində tibbi direktor vəzifəsində çalışıb.

Eyni zamanda, T.Musayev İtaliyada Medwellness&SPA mərkəzində baş beynəlxalq məsləhətçi kimi fəaliyyət göstərib.

T.Musayev bu təyinatadək Səhiyyə Nazirliyində Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678