Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Belçikanın Ham şəhərində terror qurbanlarının xatirəsi yad edilib

173 Baxış

Belçikanın Ham şəhərində işğalçı Ermənistan ordusunun Bərdə və Gəncə şəhərlərinə, eləcə də digər yaşayış məntəqələrinə ağır artilleriya silahları ilə hücumu nəticəsində həyatlarını itirən mülki şəxslərin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi yad edilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Azərbaycanlı və türkiyəli icma nümayəndələrinin iştirak etdiyi anım mərasimində çıxış edən Belçika – Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi Ermənistanın Azərbaycanda törətdiyi terror aktları barədə məlumat verib, dinc əhalinin və günahsız körpələrin işğalçı Ermənistan ordusu tərəfindən qəsdən hədəfə alınmasının yolverilməz olduğunu bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678