Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Region gəncləri Heydər Əliyevin əziz xatirəsini 98-ci ildönümündə yad ediblər – FOTO

111 Baxış

Ulu öndər Heydər Əliyevin anadan olmasından 98 il ötür. Azərbaycan gəncləri dövlətimizin müasir tarixində əvəzolunmaz və silinməz izlər qoymuş Heydər Əliyevi hər zaman olduğu kimi, bu doğum günündə də sevgi və ehtiramla xatırlayırlar. Amma ilk dəfədir ki, ulu öndərin anadan olmasının ildönümünü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə nəticəsində qalib xalqın gəncləri kimi qeyd edirik.  

Prezident İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq ideologiyasını gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə vermək Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) əsas fəaliyyət istiqamətidir.

40 şəhər və rayonda fəaliyyət göstərən GİKM nümayəndəliklərinin gəncləri və əməkdaşları Heydər Əliyevin şəhər mərkəzlərindəki büstlərinin üzərinə güllər qoyaraq, ulu öndərin əziz xatirəsini yad ediblər.

Nümayəndəliklər ümummilli liderin 98-ci ildönümünə həsr olunmuş bir sıra onlayn və oflayn tədbirlər həyata keçiriblər. Heydər Əliyevin həyat və fəaliyyəti haqqında təşkil edilmiş konfranslar, ümummilli liderin imzasını əks etdirən fləşmob, intellektual yarışlar, müsabiqələr, müxtəlif rəsm və əl işi sərgiləri, inşa-yazı müsabiqələri, şəhər və rayonlarda yerləşən Heydər Əliyev Mərkəzlərinə ekskursiya, ağacəkmə aksiyaları təşkil edilib.

Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimi olub. O, Azərbaycan gəncliyinin yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi qalıb və hər zaman da elə qalacaq.  

Gənclərin dostu, ümummilli lider, hər zaman xatirimizdəsiniz!


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678