Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezident: “Çin şirkətləri Azərbaycanın enerji sektoruna sərmayələr qoyurlar”

115 Baxış

Prezident İlham Əliyev Çin şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa işlərində yaxından iştirak etdiyini deyib.

Oxu.Az-ın məlumatına görə, İlham Əliyev “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib ki, Çin ilə nəqliyyat sahəsində geniş əməkdaşlıq imkanları var.

“Çin şirkətləri Azərbaycanın enerji sektoruna sərmayələr qoyurlar. Çində Azərbaycanın ticarət nümayəndəliyi də fəaliyyət göstərir”, – deyə İlham Əliyev əlavə edib.

O qeyd edib ki, Azərbaycanla Çin arasında çox gözəl münasibətlər mövcuddur.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678