Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sahibə Qafarova Avropa Parlamentinin qətnaməsini tənqid etdi

126 Baxış

Milli Məclisin sədri Sahibə Qafarova Avropa Parlamentinin Ermənistanın xeyrinə qəbul etdiyi qətnaməyə münasibət bildirib. 

Oxu.Az-ın xəbərinə görə, S.Qafarova parlamentin iclasında deyib ki, həmin qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir və o kağız parçasından başqa bir şey deyil. 

“Bu sənəd Avropa İttifaqının siyasətini əks etdirmir”, – deyə S.Qafarova əlavə edib.

Qeyd edək ki, Avropa Parlamenti Azərbaycanda saxlanılan erməni terrorçuları hərbi əsir kimi qələmə verib.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678