Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İlham Əliyevin təzyiqi bəhrəsini verdi: Ermənistan mina xəritələrini təqdim etdi

114 Baxış

Bu gün Bakı vaxtı ilə 17:00-da Azərbaycan və Ermənistan nümayəndələri arasında tarixi görüş baş tutub.

Bu barədə “Caliber” yazıb.

Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik səyləri nəticəsində beynəlxalq birliyin Ermənistana təzyiqi öz bəhrəsini verib.

Ermənistan tərəfi Azərbaycana bütün Ağdam rayonunun mina xəritələrini təqdim edib. Bunun əvəzində Bakı İrəvana 15 erməni hərbçisini qaytarıb. İstintaq orqanlarının araşdırmasına görə, bu hərbçilər Azərbaycan vətəndaşlarının öldürülməsində və digər ağır cinayətlərdə iştirak etməyiblər. Erməni tərəfi isə 100 minə yaxın tank və piyada əleyhinə minanın yerinə göstərən xəritələri təqdim edib.

Xəritələrin dürüstlüyünə ABŞ və Aİ yüksək səviyyədə zəmanət verib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678