Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gənclər təşkilatının sədri BMT-nin nüfuzlu qurumunda çıxış edib

133 Baxış

Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Azər Əliyev BMT-nin İnsan Hüquqları Şurasının 47-ci sessiyasında iştirak edib. 

Bu il pandemiya ilə əlaqədar onlayn formatda keçirilən sessiyada ARGTMŞ sədri pandemiya dövründə ölkədəki təhsil sistemi barədə xüsusi hesabat təqdim edib. 

Azər Əliyev çıxışında COVID-19 pandemiyasının və onun səbəb olduğu məhdudlaşdırıcı tədbirlərin təhsilə təsirini minimuma endirmək üçün Azərbaycan hökuməti tərəfindən atılan addımlardan, müvafiq təhsil strategiyasından və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif proqramlardan söz açıb.

O, həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təhsil müəssisləri və infrastrukturunun dağıdılması, Ermənistanın 30 il davam edən hərbi təcavüzü nəticəsində yüzlərlə uşaq və gəncin həyatını itirməsi, eləcə də Vətən müharibəsi dövründə münaqişə zonasından uzaqda yerləşən yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 10 şagirdin həlak olması, 16 şagirdin yaralanması, 54 təhsil müəssisəsinin müxtəlif dərəcəli dağıntılara məruz qalması, minlərlə şagirdin tədris prosesindən kənarda qalması barədə danışıb. 

Təşkilat sədri ərazi bütövlüyümüzün bərpa edilməsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən intensiv bərpa quruculuq işlərindən bəhs edərək, tezliklə həmin ərazilərdə də tədris prosesinin bərpa olunacağını sessiya iştirakçılarının diqqətinə çatdırıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678