Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Makron və Putin Qarabağı müzakirə etdilər

126 Baxış

Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, dövlət başçıları arasındakı söhbət zamanı Qarabağ məsələsinə də toxunulub. Fransa prezidenti bölgədəki humanitar problemlərin həllinə avropalı tərəfdaşların da qoşulmasının vacibliyini qeyd edib.

Bununla yanaşı, telefon danışığı zamanı Ukrayna və Liviya kimi regional problemlər ətrafında da fikir mübadiləsi aparılıb.

Həmçinin, prezidentlərin beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da müzakirələr apardığı bildirilib.  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678