Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

KTMT Ermənistanın cənubundakı vəziyyəti Azərbaycanla sərhəd insidenti kimi qiymətləndirir

110 Baxış

Ermənistanın cənubunda Azərbaycanla yeni bir sərhədin yaradılması ilə əlaqədar vəziyyətin kəskinləşməsi “sərhəd insidentidir” və KTMT nizamnaməsinin kollektiv müdafiə ilə bağlı müddəalarına uyğun deyil.

TASS agentliyi xəbər verir ki , bu barədə təşkilatın Baş katibi Stanislav Zas jurnalistlərə açıqlamasında deyib.

“Anlamaq lazımdır ki, KTMT-nin potensialı yalnız təcavüz, hücum zamanı (üzv ölkələrdən birinə) istifadə olunur. Burada isə əslində bir sərhəd insidenti ilə qarşılaşırıq. Allaha şükür ki, itki yoxdur, orada atışma yoxdur. Bu bir sərhəd insidentidir, həll olunmalıdır və bunun sülh yolu ilə həll olunmasının tərəfdarıyıq”, – deyə o vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678