Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pakistan parlamentinin sədri: “Azərbaycanın qələbəsi presedentsiz hadisədir”

142 Baxış

“Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinin görüşü, üçtərəfli konfransın keçirilməsi üç ölkənin liderinin irəli sürdüyü təşəbbüsün nəticəsidir”. 

Oxu.Az xəbər verir ki, bunu Pakistan parlamentinin sədri Əsəd Qayseri Milli Məclisdə keçirilən görüşdə deyib.

O, çox şad olduğunu bildirib ki, Azərbaycanın Ermənistan üzərində qələbəsi Pakistanda da qeyd olunub.

“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Ermənistan üzərində qələbə qazanması həqiqətən də presedenti olmayan bir hadisədir. Allaha şükürlər olsun ki, Azərbaycan qələbə qazandı. Bütün şəhidlərin ruhunun şad olması üçün dualar edirəm”, – deyə Ə.Qayseri əlavə edib.

Parlament sədri Azərbaycan və Türkiyə hökumətlərinə Kəşmir məsələsində sərgilədiyi mövqeyə görə təşəkkür edib.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678