Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezident: “Biz münaqişəni danışıqlar yolu ilə həll edə bilməyəcəyimizi anladıq”

149 Baxış

“Azərbaycan ordusu bu müharibədə qələbə qazandı və işğalçıları torpaqlarımızdan qovmuşuq. Bu parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edirəm”.

Bunu Prezident, Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı deyib.

Prezident bildirib ki, bu qələbədə hərbçilərimizin müstəsna rolu var:

“Siz öz həyatınızı riskə ataraq, böyük şücaət göstərmisiz. İkinci Qarabağ Müharibəsi Azərbaycan tarixində silinməz iz qoyacaq. Qısa müddət ərzində, az itkilərlə düşmənə sarsıdıcı zərbə vurduq.

Biz düşməni bizim torpaqlarımızdan çıxmağa məcbur etdik. Biz döyüş meydanında bu qələbəni qazandıq və işğalçı məcbur olub digər torpaqlarımızdan çıxdı.

30 ildir danışıqlar gedirdi. Lakin biz bu məsələni danışıqlar yolu ilə həll edə bilməyəcəyimizi anladıq. Biz döyüş meydanında öz torpaqlarımızı düşmənlərdən azad etdik. Bu qələbədə şəhid olan bütün əsgərlərimizə Allah rəhmət etsin. Sizə və digər yaralanan əsgərlərimizə Allah şəfa versin. Həm döyüş meydanında, həm danışıqlar meydanında biz öz istəyimizə nail olduq”.

Prezident İlham Əliyev şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678