Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Bu bəyanat Ermənistan üçün çox sərfəlidir” – Sergey Markov

142 Baxış
“İkinci Qarabağ müharibəsindəki qələbə dünyaya Azərbaycanın gücünü nümayiş etdirdi”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin keçirdiyi dəyirmi masada (BMTM) bildirib.

Politoloqun sözlərinə görə, Azərbaycanda güclü siyasi və iqtisadi sistem qurulub.

“Bütün dünya gücünün və ölkənin çox ağıllı, strateji siyasət yürütdüyünün şahidi oldu”, – S.Markov bildirib.

Onun sözlərinə görə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması Ermənistana minlərlə hərbçinin həyatını xilas etmək imkanı verdi: “Çox şadıq ki, Rusiya müharibənin dayandırılmasına töhfə verə bildi. Bu bəyanat Ermənistan üçün çox sərfəlidir: onlar onsuz da bu torpaqları itiriblər, lakin bəyanat sayəsində Ermənistan minlərlə əsgərinin həyatını xilas edə bildi”.

Markov növbəti mərhələnin regionda nəqliyyat kommunikasiyalarının açılması, həmçinin Qarabağın dirçəldilməsi olacağını qeyd edib.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678