Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lavrov dedi, Bakı bu şəkilləri göstərəndə anladıq ki…

234 Baxış

Dağıntılara gəlincə, biz əlbəttə, bütün bunları görəcəyimizi gözləyirdik, əlbəttə ki, dərd, ədalətsizlik, xüsusən də Qarabağ xanlığının qədim paytaxtı belə dağıdılıb. Bu, faciəvi təsəvvürdür. Prinsipcə, biz buna hazır idik, çünki bu yaxınlarda Ağdamda oxşarını görmüşdük.

Turanmedia.az xəbər verir ki, bu fikirləri Report-a Rusiya Siyasi Araşdırmalar İnstitunun direktoru Sergey Markov deyib.

Onun sözlərinə görə, bütün bunlar yaşıllıqlar arasında ailə qəbiristanlığı kimi qəbul edilir.

“Eyni yerdə, bu kəndlərdə uzun əsrlər boyu evlərdə 30 il əvvəl erməni yaraqlılarının ölüm qorxusu, etnik təmizləməsi qarşısında qaçmağa məcbur olmuş insanlar yaşayıblar”, – o deyib.

“Məni çoxlu sayda beton dirəklərin üzərində tikanlı məftillər və hasarlar heyrətləndirdi. Axı bütün bunlar ermənilər tərəfindən hərbi əməliyyatlar üçün hazırlanmışdı. Sergey Lavrovun (Rusiyanın xarici işlər naziri – red.) sözlərini xatırladım, mənə şəxsən dedi ki, Azərbaycan tərəfi bu yerlərdən ilk fotonu göstərəndə anladıq ki, ermənilər bu yeddi rayon verməyə hazırlaşmırdılar”, – Markov qeyd edib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678