Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Türkiyə “Zəngəzur dəhlizi” layihəsini həyata keçirmək üçün hər şey edəcək” – Çavuşoğlu

123 Baxış

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yenidən Ermənistanla münasibətlər mövzusuna toxunub.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində Çavuşoğlu Ermənistan və Türkiyənin artıq səfirlər təyin etdiyini və yaxın vaxtlarda görüşəcəklərini xatırladıb.

Çavuşoğlu Türkiyənin hədəfinin region ölkələrini birləşdirən avtomobil və dəmir yollarının çəkilməsi olduğunu, xüsusilə “Zəngəzur Layihəsi”nin həyata keçiriləcəyini vurğulayıb.

“Türkiyə bu layihələri həyata keçirmək üçün əlindən gələni edəcək” – deyən Çavuşoğlu, rəsmi Ankaranın Ermənistanla atacağı bütün addımları Azərbaycanla əlaqələndirəcəyini bildirib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678