Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan tərəfi müzakirə üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır – Qriqoryan

123 Baxış

Ermənistan tərəfi regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Ermənistanın ictimai televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Biz Ermənistan-Türkiyə münasibətlərinin ikitərəfli formatda müzakirəsini görürük. Lakin bu məsələni “3+3” formatında müzakirə etmək üçün əsas olarsa, bu fürsətdən istifadə edərək bir-birimizin mövqelərini aydınlaşdıracağıq. Lazım gələrsə, biz Ankaraya və Bakıya getməyə, həmçinin bu ölkələrin nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazırıq”, – deyə Qriqoryan bildirib.

Qriqoryan qeyd edib ki, erməni tərəfi regional məsələlər üzrə işləməyə və müzakirə təşkil etməyə hazırdır. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678