Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ermənistan Prezidentinin istefası Rusiyanı çox ciddi narahat edir” – Zatulin

102 Baxış

“Ermənistan Prezidentinin istefası Rusiyanı çox ciddi narahat edir”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki,bunu rusiyalı deputat Konstantin Zatulin deyib. O, Kremlin fikrini bildirib.

“Ermənistan Prezidentinin istefası, Ermənistandakı vəziyyət Rusiyanı “çox ciddi narahat edir”, çünki bu, Rusiya-Ermənistan münasibətlərinə, ermənilərin Rusiyaya münasibətinə və Ermənistanın Rusiyadakı əsas lobbiçilərindən biri olan müttəfiq kimi Ermənistanın imkanlarına təsir edir”, – deputat deyib.

Zatulin Paşinyan və onun komandasını “bacarıqsız” adlandırıb.
“Paşinyanın komandası daxili siyasi vəziyyətin öhdəsindən gəlmir, böyük çətinliklə xarici arenada Ermənistanın maraqlarını müdafiə etməyə çalışır.
İstefa vermiş prezidentin rolu ən yaxşı halda İngiltərə Kraliçasının roludur və qərarların qəbuluna müdaxilə üçün çox az imkanı var. Bu istefa çoxdan gözlənilən idi və onun bu qədər gec olmasına təəccüblənmək olar”, – Zatulin bildirib.  //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678