Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mərkəzi Bankın beynəlxalq valyuta ehtiyatlarının həcmi ARTIB

142 Baxış

Mərkəzi Bankın avqust ayının əvvəlinə olan rəsmi valyuta ehtiyatlarının həcmi 6 496 500 000 ABŞ dolları olub.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi aylıq müqayisədə 0,6 faiz, ötən ilin eyni dövrü ilə (illik) müqayisədə isə 0,4 faiz artıb.

İlin əvvəlinə bankın rəsmi valyuta ehtiyatlarının həcmi 6 369 400 000 ABŞ dolları olub. Bu dövrə nəzərən valyuta ehtiyatlarının həcmi 2 faiz çoxdur.

Qeyd edək ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi ötən ayın əvvəlinə 6 455 300 000 ABŞ dolları, 2020-ci ilin eyni dövründə isə 6 468 700 000 ABŞ dolları olub.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678