Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-ın Kiyevdəki səfirliyi vətəndaşlarını təcili Ukraynanı tərk etməyə çağırdı

119 Baxış

ABŞ-ın Kiyevdəki səfirliyi Amerika vətəndaşlarını təcili Ukraynanı tərk etməyə çağırıb.

Turanmedia.az xəbər verir ki, bu barədə RİA-Novosti məlumat yayıb. ABŞ-ın Ukraynadakı səfirliyi gərgin vəziyyət və Rusiyanın hücum təhlükəsi ilə əlaqədar öz vətəndaşlarını dərhal Ukrayna ərazisini tərk etməyə çağırır.

“Rusiya tərəfindən artan hərbi əməliyyat təhlükəsi səbəbindən Ukraynada təhlükəsizlik vəziyyəti gözlənilməz olaraq qalır… ABŞ səfirliyi Ukraynadakı ABŞ vətəndaşlarını kommersiya və ya digər şəxsi nəqliyyat vasitələrindən istifadə edərək indi tərk etməyi düşünməyə çağırır”, – səfirliyin bəyanatında deyilir.

ABŞ dövlət katibi Entoni Blinken də Amerika vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678